Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda XIV turda “Fortuna”nı (Düsseldorf) qəbul edəcək. Matça saat 16:30-da start veriləcək.
Mahir bu görüşdə start heyətdə yer alacaq.
“Nürnberq” 13 turdan sonra 18 xalla 12-ci, “Fortuna” isə 21 xalla 7-ci sıradadır.