“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ölkəsində baş verən siyasi mitinqlərlə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, gürcü yarımmüdafiəçi sosial şəbəkə hesabında bunları yazıb:
“Ölkəmdə baş verən hadisələri izləyirəm və bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Gürcü xalqının Avropa yolları ilə getmək istəyi və iradəsi bizim tarixi seçimimizdir və yeganə düzgün seçimimizdir. Bu yoldan üz döndərmək qəbuledilməzdir. Bu ölkə xalqındır və kim xalqın iradəsindən üstün deyil”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlaması məsələsini dayandırıldığını elan edib və ölkə müxalifəti buna qarşı mitinqlərə başlayıb.