Zamiq oynadı, komandası qalib gəldi

Futbol üzrə Albaniya çempionatında 15-ci turun görüşləri keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” doğma meydanda “Elbasani”ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev də bu oyunun iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə əvəzlənib.

Xallarını 26-ya yüksəldən “Eqnatia” turnir cədvəlinin 2-i pilləsində qərarlaşıb.