“Qarabağ” UEFA Avropa Liqasında 5 turdan sonra ən çox hücum edən komandalardandır.
“FutbolPress“in məlumatına görə, xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ümumilikdə 181 hücumla 9-cu sırada qərarlaşıb. Komandanın bu hücumlarından 27-də künc zərbəsi olub, oyunçular isə 13 dəfə ofsayda düşüb.
Siyahıya 245 hücumla Çexiyanın “Slaviya” (Praqa) komandası başçılıq edir.
“Qarabağ” top qazanmada isə 10-cu pilləni tutub. Qurbanovun yetirmələri 5 oyunda 75 dəfə top qazanmağı bacarıb.
“Atlılar”ın daha bir statistikası isə qapıçı seyvləri ilə bağlıdır. Azərbaycan təmsilçisi turnirdə qolkiperləri ən çox qurtarış edən 4-cü komandadır – 23 seyv. Bu göstəricinin lideri isə 27 qurtarışla “Beşiktaş”dır.
“Qarabağ” 5 turdan sonra 4 məğlubiyyət, 1 qələbə ilə 36 komanda arasında 32-ci sıradadır.
Şahin Cəfərov