“İnter Mayami” Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə ABŞ klubunun argentinalı hücumçu ilə danışıqlara başladığı bildirilib. “İnter Mayami” sözləşməsi 2026-cı ilin sonuna kimi artırmaq niyyətindədir.
Messinin hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir.