İlin sonuna qədər oynamaya bilər

“Çelsi”nin futbolçusu Ris Ceyms bu il bir daha oynamaya bilər.

Futbolpress.az xəbər verir ki, sonuncu aldığı zədəyə görə Ceymsin dekabrın sonuna qədər sahəyə qayıtması gözlənilmir. Futbolçunun bud nahiyəsində ciddi ağrılar var. Daha əvvəl bildirilmişdi ki, tez-tez zədələnməsinə baxmayaraq, klub Ceymsi toxunulmaz hesab edir .

O, “zadəganlar”ın heyətində 162 oyun keçirib, 11 qol vurub və 22 məhsuldar ötürmə edib. Bu mövsüm 24 yaşlı ingilis Premyer Liqada 4 oyun keçirib .