“Barselona” gənc müdafiəçi Cerard Martin ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, tərəflər əməkdaşlığın davam etdirilməsi şərtləri barədə razılığa gəliblər. Sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. 22 yaşlı futbolçunun sərbəstqalma dəyəri 100 milyon avro olacaq.
İspaniyalı oyunçu cari mövsümdə “Barselona”nın heyətində 10 matça çıxıb və 1 məhsuldar ötürməylə yadda qalıb.