“Liverpul”un futbolçusu Aleksis Mak Allister açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasında “Real”ı məğlub etdikləri oyundan (2:0) sonra klubun saytına danışıb:
“Düşünürəm ki, beş oyunun hər birində qələbə qazanmaq əladır. Lakin bu, hələ heç nə demək deyil. Yolun başlanğıcındayıq. Çempionlar Liqasında belə nəticələr əldə etdiyimiz üçün şadıq. Bu ruhda davam etməliyik”.
“Liverpul” Çempionlar Liqasında 5 turdan sonra 15 xalla liderdir.