“Real” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionlar Liqasında dünən “Liverpul”la oyunda (0:2) zədələnən fransalı yarımmüdafiəçi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Kamavinqa bu mövsüm 9 oyunda meydana çıxıb.