ÇL: “Real” məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin V turuna yekun vuruldu.

Futbolpress.az xəbər verir ki, turun maraqla gözlənilən “Liverpul” – “Real” qarşılaşmasında sevinən tərəf ingilislər oldu. PSV ilə “Benfika” geridönüşlə qələbə qazandılar. “Yuventus” qolsuz bərabərliklə kifayətləndi.

“Lill” minimal, “Borussiya” (Dortmund) isə böyük hesablı qələbəylə 3 xalı aktivinə yazdırdı.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur

Srvena Zvezda (Serbiya) – Ştutqart (Almaniya) 5:1

Qollar: Silas, 12, R.Kruniç, 31, M.İvaniç, 45, N.Radonyiç, 69, 88 – E.Demiroviç, 5

Şturm Qraz (Avstriya) – Jirona (İspaniya) 1:0

Qol: M.Biereteh, 59

Aston Villa (İngiltərə) – Yuventus (İtaliya) 0:0

Bolonya (İtaliya) – Lill (Fransa) 1:2

Qollar: C.Luçumi, 63 – N.Mukau, 44, 66

Seltik (Şotlandiya) – Brügge (Belçika) 1:1

Qollar: D.Maeda, 60 – C.Karter-Viçkers, 26 (avtoqol)

Dinamo Zaqreb (Xorvatiya) – Borussiya Dortmund (Almaniya) 0:3

Qollar: C.Qittens, 41, R.Bensebaini, 56, S.Qurassi,90

Liverpul (İngiltərə) – Real Madrid (İspaniya) 2:0

Qollar: A.Makallister, 52, C.Qakpo, 76

Monako (Fransa) – Benfika (Portuqaliya) 2:3

Qollar: E.Ben Seqir, 13, S.Maqassa, 67 – V.Pavlidis, 48, A.Kabral, 84, Z.Amduni, 88

PSV (Niderland) – Şaxtyor (Ukrayna) 3:2

Qollar: M.Tillman, 87, 90, R.Pepi, 90+5 – D.Sikan, 8, O.Zubkov, 37