“Şamaxı”da ayrılıq

“Şamaxı” futbolçusu İlkin Muradovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub İlkin Muradova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Yayda “Şamaxı”ya transfer olan Muradov, cari mövsümdə “şirlər”in heyətində 12 matça çıxıb.