Çempionlar Liqasında ilk

“Mançester Siti” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Feyenoord”la heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər” 75-ci dəqiqəyə kimi 3:0 öndə olduğu oyundan yekunda bir xalla ayrılıb. Bu, ÇL tarixində ilkdir.

Turnirdə birinci dəfə bir komanda 75-ci dəqiqəyə kimi 3:0 öndə olsa da, qələbə qazana bilməyib.