“Liverpul”un baş məşqçisi Salah haqda danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın hücumçusu Məhəmməd Salaha yeni müqavilə təklif edilməməsinə münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu mövzuda məsələlərə şərh vermədiyini söyləyib:

“Müqavilələr haqda danışmıram. Heyətə baxsaq, Salah daha çox komandada görünür. O və digər oyunçular üçün diqqət dağıdan nəsə yoxdur”.

Daha əvvəl Salah klubun ona yeni sözləşmə təklif etmədiyini demişdi. Misirli hücumçunun indiki müqaviləsi 2025-ci ilin yayına kimidir.