Lamin Yamal Çempionlar Liqasında “Srvena Zvezda” ilə matç zamanı aldığı topuq zədəsi səbəbindən “Barselona”nın son iki oyununu buraxıb.
Futbolpress.az xəbər verir ki, Yamalın aldığı topuq zədəsi Frenki De Yonqun keçən mövsüm keçirdiyi zədədir. De Yonqun zədəsi ötən müddətdə bir neçə dəfə təkrarlandı və onu Almaniyada baş tutan Avropa Çempionatını buraxmağa məcbur etdi. Yarımmüdafiəçi zədədən qayıtdı, lakin onun performansı aşağı idi. Beləliklə, “Barsa” Yamalın vəziyyətinə son dərəcə ehtiyatlı yanaşır. Cinah oyunçusu “Brest”lə oyundan azad edilib və “katalonlar”ın “Las Palmas” ilə növbəti oyununu buraxa bilər.