Kimmix qərarını verdi

“Bavariya”nın futbolçusu Coşua Kimmix gələcəyi ilə bağlı qərar verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi başqa kluba keçməkdənsə, Münhen təmsilçisiylə müqaviləni uzatmaq niyyətindədir. O, 2015-ci ildən “Bavariya”nın heyətində çıxış edir.

29 yaşlı Kimmixin klubla müqaviləsi cari mövsümün sonunda bitir.