“Qarabağ”ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”a (Fransa) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi sabiq klubu ilə matç haqda bunları deyib:
“Püşkatmanı televizordan izləyirdim və Fransa klublarından birinin düşməsini istəyirdim. “Lion” rəqiblərimiz arasında çıxdı və bu, daha yaxşı oldu. Sabiq klubunuzla üz-üzə gəlmək xüsusidir. Keçmiş komanda yoldaşlarımı görəcəyəm”.
Benzia 2011-2015-ci illər aralığında “Lion”un formasını geyinib
Noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Lion” oyunu saat 21:45-də start götürəcək.