Rusiyalı keçmiş futbolçu Valeri Nepomnyaşi “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski haqda fikirlərini bölüşüb.
Futbolpress.az “Championat”a istinadən xəbər verir ki, mütəxəssis həmkarının Azərbaycan klubuna təyinatı ilə bağlı bunları deyib:
“Ümid edirəm ki, o, “Sabah”da uğur qazanar. Azərbaycanda hər şey sadə deyil. Lakin orda rus dili üstünlük təşkil edir və bu, onun üçün yaxşıdır. “Sabah”ı yaxşı tanımıram, ancaq Vasilinin artıq kifayət qədər təcrübəsi var. O, yəqin ki, Azərbaycandan sonra Rusiyada top klublardan birinə rəhbərlik edə biləcək”.
“Sabah” rusiyalı mütəxəssislə 2,5 illik müqavilə imzalayıb.