“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi hələ qərar vermədiyini deyib:
“Klubdakı gələcəyim? Hələ bilmirəm. Düzü, mövsümün əvvəlində bilirdim ki, danışıqlar tez zamanda başlayacaq. Lakin zədələnəndən sonra vəziyyət dəyişdi, bir neçə həftə oynamadım. Ötən yay da söhbətimiz olmuşdu, amma zədələndiyim üçün danışıqlar aparmaq istəmədim. Tələsməyə ehtiyac yoxdur. Hansısa narahatlıq hiss etmirəm.
İndi vəziyyət qeyri-müəyyəndir. Danışıqlar olacaq, yoxsa bu mövsüm “Mançester Siti”dəki sonuncu ilim olacaq, bilmirəm. Mən sadəcə keyfiyyətli futbol oynamaq istəyirəm”.
De Bruynenin müqaviləsi mövsümün sonuna qədərdir. 33 yaşlı futbolçu bu “futbol ili”ndə 9 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.