Şok hadisə: valideyn hakimə şillə vurdu – VİDEO

İspaniyada 12 yaşadək futbolçular arasında “Alhendin” – “Espanyol” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, “Espanyol”un oyunçularından birinin anası matçdan sonra meydana daxil olaraq baş hakimi vurub. Bundan sonra tərəflər arasında qısa mübahisə yaşanıb. Kənardan müdaxilədən sonra tərəflər sakitləşdirilib.

Matç “Espanyol”un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.