İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salaha yeni müqavilə təklif etməyib.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. 32 yaşlı hücumçu bu barədə özü açıqlama verib.
“Dekabr ayındayıq və klub hələ yeni müqavilə təklif etməyib”.
Salahın sözləşməsi mövsümün sonunda başa çatır. Onun adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Salah bu mövsüm Premyer Liqada 12 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.