Simeone La Liqanın tarixinə düşdü

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis çempionatda bir komanda ilə 700 oyun keçirən ilk məşqçi olub.

Argentinalının yubileyi XIV turun “Alaves”lə matçına (2:1) təsadüf edib.

Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 413 qələbə qazanıb, 131 dəfə uduzub.