“Liverpul”un baş məşqçisi Arne Slot həmkarı Xosep Qvardiolanın “Mançester Siti” ilə müqaviləni uzatmasına münasibət bildirib.
Futbolpress.az “The Mirror”a istinadən xəbər verir ki, mütəxəssis bunları deyib:
“Bu, ilk növbədə “Mançester Siti”, sonra Premyer Liqa üçün xoş xəbərdir. Çempionatda hamı yaxşı futbolçu və məşqçilərin olmasını istəyir. Qvardiola Premyer Liqanın ən yaxşı məşqçisi sayıla bilər. Onun varlığı “Mançester Siti” və bizim üçün maraqlıdır. Çünki tarixin ən yaxşı məşqçilərindən birinə qarşı mübarizə aparırıq”.
“Liverpul” Premyer Liqada 11 turdan sonra 28 xalla liderdir. “Mançester Siti” isə 23 xalla ikinci pillədə qərarlaşıb.