Mahir Emrelinin formasını geydiyi II Bundesliqa təmsilçisi “Nürnberq” rəqib “Padenborn”un son dəqiqə qoluyla məğlub olub.
Futbolpress.az xəbər verir ki, milli komandanın üzvü Mahirin də matçın sonuna qədər meydanda olduğu və də məhsuldar ötürməylə yadda qaldığı qarşılaşma “Nürnberq”in məğlubiyyətiylə nəticələnib.
Səfərdə “Padenborn”la keçirilən matçın 8-ci dəqiqəsində komandasının hesabda geridə olduğu vaxtda məhsuldar ötürmə edən Mahir, bərabərlik qolunun vurulmasında önəmli rol oynadı.
Buna baxmayaraq görüş “Padenborn”un 3:2 hesablı qələbəsiylə yekunlaşdı.