“Ankaragücü”nün futbolçusu Renat Dadaşov məşqləri bərpa edib.
Futbolpress.az xəbər verir ki, ötən ay qasıq nahiyəsindən əməliyyat edilən hücumçu komanda ilə məşqlərə qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Renat zədəli olduğu üçün Azərbaycan millisinin bu ay Estoniya (0:0) və İsveçlə oyununu (0:6) buraxıb.