“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Styaua” Rumıniya çempionatında IV turdan təxirə salınmış oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Buxarest təmsilçisi səfərdə “Botoşani” ilə qarşılaşıb. Görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
“Styaua” 16 turdan sonra 24 xalla 6-cı sırada qərarlaşıb.
“Qarabağ” ilə Rumıniya klubu arasındakı Avroliqa matçı 2025-ci ilin yanvarın 23-də Bakıda olacaq.