“Barselona”da Frenki müəmması

“Barselona”nın futbolçusu Frenki de Yonqun klubdakı taleyi sual altındadır.

Futbolpress.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi klubun yeni müqavilə təklifinə hələ cavab verməyib. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

De Yonq “Barselona”nın təklifinə tezliklə cavab verməzsə, qış fasiləsində satışa çıxarılacaq.

Niderlandlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. Onun sözləşməsi 2026-cı ilin yayına kimidir.