“Qalatasaray” futbolçusu Yunus Akgünün sözləşməsini uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, “cim-bom” bir müddətdir danışıqlar apardığı 24 yaşlı cinah oyunçusu ilə yaxın zamanda rəsmi müqavilə imzalayacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Qalatasaray” Yunusa ciddi maaş artımı vəd edib.
Akgün bu mövsüm 16 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.