Azərbaycan millisi UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu sonuncu sırada bitirib.
“FutbolPress“in məlumatına görə, Fernandu Santuşun yetirmələri Estoniya, İsveç və Slovakiya ilə birlikdə mübarizə apardığı qrupda cəmi bir xal qazanıb.
Azərbaycan yığması 6 oyunda 17 qol buraxıb və bu, C Liqasının ən pis göstəricisidir.
Qrup oyunlarından sonra C Liqasına vida edən komandalar bunlardır:
Azərbaycan, Lüksemburq, Latviya və Litva. Sözügedən komandalar turnirin yeni mövsümündə D Liqasında yarışacaq.