“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq tibbi durumunun yaxşı vəziyyətdə olmadığına görə Niderland millisinin düşərgəsini erkən tərk edib.
Futbolpress.az xəbər verir ki, o, Millətlər Liqası çərçivəsində keçiriləcək Bosniya və Herseqovina ilə bugünkü matçda oynamayacaq. Mənbənin sözlərinə görə, de Yonq Barselonaya qayıdarkən tibbi müayinə tələb etməyib. Yarımmüdafiəçi kluba açıqlamasında millidən vaxtından əvvəl ayrılmasının ehtiyat tədbiri olduğunu bildirib.
Niderlandı mərkəz oyunçusu beynəlxalq fasilədən əvvəl “Real Sosyedad”la La Liqa matçında (0:1) ayaq biləyindən əzilmişdi. Onun cümə axşamı ümumi kollektivlə məşqlərə başlayacağı gözlənilir.