Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün keçirdiyi üçüncü oyunda heç-heçə edib.
Futbolpress.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələri Moldovadan olan həmyaşıdları ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb – 2:2.
Millinin qollarını Həsən Nəzərli vurub.
Azərbaycan yığması daha əvvəl İslandiyaya 0:2, İrlandiyaya isə 0:4 hesabıyla uduzub.