“Barselona”nın hücumçusu Robert Levandovski İspaniyada oynamağa davam etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Polşalı futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir. Levandovski bu mövsümün oyunlarının 50 faizində iştirak etsə, sözləşməsi avtomatik bir il uzadıla bilər.
36 yaşlı hücumçu bu mövsüm La Liqada 13 oyunda 14 qol vurub.