UEFA və FIFA Rusiya millisini və klublarını avrokuboklardan uzaqlaşdırma qərarını dəyişməyib.
Futbolpress.az xəbər verir ki, komandaların diskvalifikasiya müddəti uzadılıb. Bu barədə “Match TV” məlumat yayıb.
Beləliklə, Rusiya yığmasının 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar 2022-ci ilin yayından bu yana ruslar beynəlxalq yarışlardan kənarlaşdırılıb.