Tennisçilər bu dəfə Xaçmazda toplaşdı

10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.

Futbolpress.az xəbər verir ki, ugurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər. Onlar bu gündən noyabrın 24-dək, məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və  onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.