“Qarabağ”ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında sabah Türkiyə ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “ay ulduzlular”la görüş haqda fikirlərini bölüşüb:
“Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar qazanacağımıza ümid edirik. Türkiyəyə qələbə və ya heç-heçə A Liqasına yüksəlmək üçün kifayət edir. Məncə, onlar buna layiqdirlər. Qrupda ən yaxşı futbolu türklər oynadılasr. “Real”, “Beşiktaş”, “İnter”, “Yuventus”, “Fənərbağça”, “Qalatasaray” kimi klublarda oynayan futbolçuları olan komanda A Liqasına layiqdir”.
Monteneqro millisi B Liqasının 4-cü qrupunda 5 oyundan sonra xal qazana bilməyib və sonuncu sıradadır. Türkiyə isə 11 xalla liderdir.