Yeni müqavilə olmayacaq – danimarkalı üçün vida zamanı

Danimarkalı futbolçu Kristian Eriksen “Mançester Yunayted”dən ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi klubla müddəti bitən müqaviləsini uzatmayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Eriksenin sözləşməsi mövsümün sonunda başa çatacaq. O, bu “futbol ili”ndə 8 oyunda 3 qol vurub.