Fransalı futbolçu Kolo Muani PSJ-dən ayrılmaq istəmir.
Futbolpress.az xəbər verir ki, bu barədə hücumçu insayder Fabrizio Romanonun mətbuat xidmətinə açıqlamasında deyib:
“PSJ-dən ayrılmayacağam. Bu haqda düşünməmişəm. İşləməyə davam edirəm və komandam üçün ən yaxşısını etmək istəyirəm”.
25 yaşlı hücumçu bu mövsüm Paris klubunda Liqa 1-də 8 oyunda 2 qol vurub.