Qazaxlardan antirekord

Qazaxıstan millisi UEFA Millətlər Liqasında antirekorda imza atıb.

Futbolpress.az xəbər verir ki, Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektiv 6 oyunda 15 qol buraxıb. Bu, indiki məqamda turnirin ən pis göstəricisidir.

Qazaxıstan yığması B Liqasında Norveç, Avstriya və Sloveniya ilə mübarizə aparıb. Qrupda 1 xalla sonuncu sırada qərarlaşan komanda turnirin yeni mövsümündə C Liqasında mübarizə aparacaq.