Deşam: “Qələbəyə layiq idik”

Fransa millisinin baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında İtaliyaya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Qələbənin çətin olacağını bilirdik. Çünki İtaliya millisi son oyunlarda yaxşı formada idi. Qələbə qazandıq və qrupu birinci yerdə başa vurduq. Buna layiq idik.

İlk görüşü təhlil etmişdik və səhvlərimizi təkrarlamamaq üçün çalışmışdıq. Komandam gənc və təcrübəsizdir. Lakin keyfiyyətimiz var və bunu bir daha sübut etdik”.