Qrizmanndan təəccübləndirən qərar

“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Los Anceles” ilə danışıqlar aparır. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Qrizmann qış fasiləsində MLS klubuna keçə bilər.

33 yaşlı futbolçu bu mövsüm 18 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.