“Mançester Siti” futbolçusu Erlinq Haalandın müqaviləsini yeniləmək istəyir.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” norveçli hücumçuya illik 24 milyon avro maaş təklif edib. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. Xəbərdə klubun forvardla rəsmi danışıqlara başladığı bildirilib.
Erlinqin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Hücumçu ilə “Real” yaxından maraqlanır.
Haaland bu mövsüm İngiltərə klubunda 16 oyunda 15 qol vurub.