Cari mövsümü “Sportinq”də başa vuracaq

Viktor Qyökereş “Arsenal”la əlaqəsi olduğu üçün yanvarda “Sportinq”i tərk etməyəcəyini iddia edir.

Futbolpress.az xəbər verir ki, Qyökereş “Arsenal”ın diqqət mərkəzində bir neçə oyunçudan biridir. Bununla belə, “topçular”ın  isveçli hücumçunu yanvarda keçid etmək istəyi baş tutmayacaq. 26 yaşlı forvard mövsümün sonuna qədər “Sportinq”də qalacağını açıqlayıb: “Bu, nə düşündüyüm, nə də əhəmiyyət verdiyim bir şey deyil. Bu, sadəcə şayiələrdir, konkret bir şey deyil. Əlbəttə, mövsümü “Sportinq”də başa vurmaq istəyirəm. Çünki, burada keçirdiyim vaxtdan zövq alıram. Gələcəkdə dəyişiklik etmək üçün stress keçirmirəm. Vaxtı gələndə görəcəyik”. 

Qyökereş cari mövsümdə həm klub, həm də millinin heyətində çıxdığı 21 matçda 26 qol vurub.