“Arsenal”ın Alexander İsakı transfer etmək planı “Barselona”nın marağı ilə üst-üstə düşüb.
Futbolpress.az xəbər verir ki, “kataloniyalılar”ın əsas planlarından biri də yanvarda “Nyukasl”ın futbolçusu Aleksandr İsakı transfer etmək idi. Fəqət xarici medianın verdiyi məlumata görə “Arsenal” artıq bir ildən çoxdur ki, İsakla maraqlanır. Hətta “topçular”ın “Nyukasl”a keçməzdən əvvəl İsakla müqavilə imzalamağa yaxın olduqları bildirilir. Hazırda həm İngiltərə, həm də İspaniya nəhəngləri hücum xəttini isveçli oyunçuyla gücləndirmək istəyir. Xüsusən də “Barselona” rəhbərliyini hazırki forvardı Robert Levandovskini gələcək planlarında görmür.
Cari mövsümdə 14 qol və 3 məhsuldar ötürməylə çıxış edən 25 yaşlı hücumçunun “Nyukasl”la sözləşməsi 2028-ci ilin yayına qədərdir.