Əvvəlcə Tomasson, sonra Santuş

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 19-da, Solna şəhərindəki “Stouberri Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Futbolpress.az xəbər verir ki, hər iki komandanın məşqçilərinin media nümayəndələri ilə görüşü matçdan bir gün öncə olacaq.

Əvvəlcə İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson jurnalistlərlə görüşəcək. Millimizin çalışdırıcısı Fernandu Santuş isə Bakı vaxtı ilə 20:00-da mətbuat konfransı təşkil ediləcək.

18 noyabr

İsveç milli komandası
14:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
15:45. Mətbuat konfransı

Azərbaycan milli komandası
20:00. Mətbuat konfransı
21:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq