Türkiyə millisində dəyişiklik

Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, “ay-ulduzlular”da dünən Uelslə matçda sarı vərəqə alan Abdulkerim Bardakçı heyətdən çıxarılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bardakçının yerinə “Trabzonspor”dan Cihan Çanak heyətə dəvət edilib.

Türkiyə millisi Uelslə heç-heçə edib – 0:0. Yığma növbəti oyunda noyabrın 19-da Monteneqro ilə qarşılaşacaq.