Bu gün UEFA Millətlər Liqasında V tura yekun vuruldu.
Futbolpress.az xəbər verir ki, C Liqasında yer alan Azərbaycan millisi Qəbələdə Estoniyayla qolsuz bərabərliyə razılaşdı. A Liqasının favoritləri olan Almaniya ilə Niderland rəqiblərinə rəhm etmədi. B liqasında çıxış edən Türkiyə yığması isə azarkeşləri önündə Uelslə bacarmadı.
UEFA Millətlər Liqası
V tur
16 noyabr
C Liqası
1-ci qrup
Azərbaycan – Estoniya 0:0
İsveç – Slovakiya 2:1
Qollar: V.Qyökereş, 3, A.İsak, 48 – D.Hançko, 19
Xal durumu: İsveç – 13, Slovakiya – 10, Estoniya – 4, Azərbaycan – 1
B Liqası
1-ci qrup
Gürcüstan – Ukrayna 1:1
Qollar: G.Mikautadze, 76 – S.Kvirkveliya, 7 (avtoqol)
Albaniya – Çexiya 0:0
Xal durumu: Çexiya – 8, Gürcüstan – 7, Albaniya – 7, Ukrayna – 5
4-cü qrup
Türkiyə – Uels 0:0
Monteneqro – İslandiya 0:2
Qollar: O.Oskarsson, 74, İ.Yohannesson, 88
Xal durumu: Türkiyə – 11, Uels – 9, İslandiya – 7, Monteneqro – 0
D Liqası
2-ci qrup
Andorra – Moldova 0:1
Qol: V.Postolaçi, 90+2
Xal durumu: Moldova – 9, Malta – 6, Andorra – 0
A Liqası
3-cü qrup
Almaniya – Bosniya və Herseqovina 7:0
Qollar: C.Musiala, 2, T.Kleyndyents, 23, 79, K.Havertz, 37, F.Virtz, 50, 57, L.Sane, 66
Niderland – Macarıstan 4:0
Qollar: V.Veqhorst, 21 (pen.), C.Qakpo, 45+12 (pen.), D.Dumfriz, 64, T.Kopmayners, 86
Xal durumu: Almaniya – 13, Niderland – 8, Macarıstan – 5, Bosniya və Herseqovina – 1