“Turan Tovuz”un formasını geyindiyi Moldova millisi UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə Andorra ilə üz-üzə gəlib. Matç moldovalıların qələbəsiylə başa çatıb – 1:0.
Marandiçi bu oyunda şans qazanmayıb. O, sona qədər ehtiyatda qalıb.
Moldova yığması D Liqasında 2-ci qrupda 9 xalla birinci sıradadır.