“Yuventus” fransalı futbolçu Pol Poqba ilə müqaviləni pozub.
Futbolpress.az xəbər verir ki, “Yuventus” yarımmüdafiəçi ilə müqaviləyə xitam verdiyini açıqlayıb. Qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul edilib. Futbolçu 30 noyabrdan sonra azad agent olacaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2012/16 və 2022/24-cü illər ərzində Turin təmsilçisinin şərəfini qoruyub.