Estoniya millisinin üzvü Maksim Paskoçi sabah Qəbələ şəhər stadionunda baş tutacaq Azərbaycan – Estoniya matçı öncəsi keçirilən mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, təcrübəli müdafiəçi fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablayıb.
– Oyunla bağlı gözləntilərin nədir?
– Biz bura qələbə üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istənilən nəticəni əldə edəcəyik.
– Başqa şəhərdə və bu stadionda oynamaq futbolçulara nə dərəcədə təsir edəcək?
– Bizə lazım olan sadəcə meydança və topdur. Bunun bizim oyunçulara təsir edəcəyini düşünmürəm.
– Azərbaycandan hər hansısa bir futbolçunu tanıyırsız? Ümumiyyətlə, oyuna hazırsız?
– Mən ev tapşırığımı yerinə yetirmişəm. Müdafiəçi olduğum üçün rəqibin hücumçularını təhlil etmişəm. Amma daha önəmlisi komanda olaraq müdafiə olunmağımız və bunu düzgün şəkildə həyata keçirtməyimizdir.