Müllerdən 2,4 milyon avroluq hədiyyə

“Bavariya”nın futbolçusu Tomas Müller həyat yoldaşına şəxsi təyyarə alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bunte” nəşri məlumat yayıb. 33 yaşlı futbolçu pilot həyat yoldaşına 2,4 milyon avro dəyərində 8 sərnişinlik təyyarə alıb.

Müller bu mövsüm Bundesliqada 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.