“Neftçi” üçün seminar

Bu gün “Neftçi”nin Yüksək Qızlar Liqasında mübarizə aparan komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi Arena”da təşkil olunan tədbirdə AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi, sabiq FİFA referisi Orxan Məmmədov çıxış edərək komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında məlumat verib.